• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3576
— 21.04.2016 15:27

Mənzil başına tez çatmaq üçün həyatlarını təhlükəyə atırlar...

Az məsafə qət etmək, mənzil başına tez çatmaq. Bu məqsədlə Tovuz sakinləri öz həyatlarını təhlükəyə atırlar.

Tovuzun mərkəzinə gəlmək və ya oradan şəhərin digər hissələrinə getmək üçün bir çoxları dəmiryolu stansiyasında dayanan vaqonların altından keçirlər. Dayanan qatarların və ya istifadəsiz vaqonların qoşqu yerlərini  keçid kimi istifadə edənlər digər tərəfə adlamaq üçün növbə də gözləməli olurlar. Tovuz Dəmiryolu Stansiyasının ərazisində 50-dən artıq yararsız vaqon gediş-gəlişi çətinləşdirməklə yanaşı, zibil qutusuna da çevrilib. Bundan başqa, ərazidə üzərində “təhlükəlidir” yazıları olan sisternlər də var ki, bu da rayon sakinlərini ciddi narahat edir.

Tovuz Dəmiryolu Stansiyasından istifadəsiz vaqonların aprelin sonunadək Gəncə Vaqon Deposuna göndəriləcəyi bildirildi.

İstifadəsiz vaqonlar ərazidən uzaqlaşdırılacaq və sakinləri narahat edən bir məqam həll olunacaq.

Rahim İbrahimoğlu