• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3543
— 21.04.2016 15:36

GDU-da "Narkotik vasitələr insanları məhv edir" adlı dəyirmi masa təşkil olunub

Hazırda respublikada 29 min narkoman qeydiyyatdadır. Narkomanlıq eynən narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Və dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. Gəncə Dövlət Universitetində təşkil edilən "Narkotik vasitələr insanları məhv edir" adlı dəyirmi masada cinayətkarlıq, zorakılıq və korrupsiya yaradan narkotiklərdən istifadənin QİÇS-in sürətlə artmasına təkan verdiyi, sosial-iqtisadi inkişafı səngitdiyi, ailə və icmaları dağıtdığına önəm çəkilib. Narkotizm probleminin üzərindən pərdələrin götürülməsi isə bu neqativ hala qarşı mübarizə tədbirlərinin görülməsini sürətləndirib. Mübarizə maariflənmədən başladığı üçün, ilkin təbliğat yerləri məhz təhsil müəssisələri seçilib.

Bilal Əsədov- Respublika Narkoloji Mərkəzinin direktor müavini: "Gənclər arasında maarifləndirmə işləri aparırıq. Göstərməliyik ki, narkotik heç də yaxşı bir şey deyil. Narkomaniyaya düçar olan şəxs həyatını itirir, ailəsini itirir, mənəviyyatını itirir, nüfuzunu itirir. Faktiki olaraq dərənin dibinə düşür. O dərədən onu çıxarmaq üçün böyük güc sərf etmək lazımdır. Ona görə çalışmalıyıq ki, hər hansı vətəndaş nəinki dərəyə düşməsin, heç onun kəndarına da yaxınlaşmasın".

Vüsalə Camal