• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1526
— 14.10.2014 18:01

Xızıda qətl hadisəsi baş verib

Hadisə bu gün rayonun Xələc kəndində qeydə alınıb. Kənd sakini 54 yaşlı Xasməmməd Rəsulovun evində bıçaqla qətlə yetirilmiş meyidi tapılıb. Rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb. Saxlanılan şəxsin 15 yaşlı kənd sakini Elnur Heybətov olduğu məlum olub. Hadisəyə Elnur Heybətov və Xasməmməd Rəsulov arasında yaranan mübahisənin səbəb olduğu bildirilir. Qətlə yetirilən Xasməmməd Rəsulov spirtli içkilərə meyilli olub. Faktla bağlı araşdırma aparılır.