• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1053
— 14.10.2014 16:17

Zaqatala və Balakəndə zəhərlənmə faktı qeydə alınıb

Ötən gün Balakəndə 3, Zaqatalada isə bir nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.

Oktyabrın 13-ü axşam saatlarında Balakən şəhər sakini, 23 yaşlı Gülmira Rəfail qızı Qarayeva, rayonun Tülü kənd sakini 32 yaşlı Zeynəb Əhməd qızı Bayramova və rayonun Qazma kənd sakini, 42 yaşlı  Əzizə Rəşid qızı Rəşidova zəhərlənmə diaqnozu ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına  daxil olublar. Müayinədən sonra məlum olub ki, hər üç şəxs göbələkdən zəhərlənib. Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir və müalicələri xəstəxananın yolxucu xəstəliklər şöbəsində davam etdirilir.
Göbələkdən zəhərlənənlərdən  biri  Balakən RMX-da tibb bacısı vəzifəsində çalışır.

Zaqatalada isə 53 yaşlı Tahirə Əziz qızı Əhmədova göbələkdən zəhərlənib.  Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, Tahirə Əhmədovanın vəziyyəti ağır olduğundan ona xəstəxanada lazımi ilkin tibbi yardım göstərildikdən sonra müalicəsini davam etdirmək üçün Respublika Toksikoloji Mərkəzinə göndərilib. Qeyd edək ki, Zaqatalada göbələkdən zəhərlənmə son 4 gün ərzində ikinci hadisədir. Oktyabr ayının 11-i rayonun Suvagil kənd sakini, 23 yaşlı Brilyant Rəsul qızı Məlikova da göbələk zəhərlənməsi ilə Zaqatala RMX-ya daxil olub və elə həmin gün müalicəsini davam etdirmək üçün Respublika Toksikoloji Mərkəzinə göndərilmişdi.