• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2095
— 14.10.2014 15:31

Göygöl rayonunda taxıl əkini sürətləndirilib

Bir müddət öncə havanın yağmurlu keçməsi Göygöl rayonunda payızlıq taxıl əkininin gecikməsinə səbəb olub. Hazırda isə havanın sabit keçməsi isə rayonda taxıl əkinini sürətləndirib. 

Ötən il Göygöldə 9 min 600 ha əraziyə taxıl əkilib ki, bunun da 4 min 490 ha suvarılan, 5 min 100 ha isə dəmyə torpaqlar olub. Bu il isə rayon üzrə payızlıq taxıl əkini üçün 6331 ha ərazi şumlanıb. Şumlanan torpaqların 1000 ha-ına taxıl səpilib. Payızlıq taxıl əkini noyabrın 15-nə kimi davam etdiyi üçün rayonda torpaqların şumlanması davam edir. Burada əsasən Azəri, Əzəmət 95, Aran buğda və Qarabağ 22 arpa növləri səpilir.  

Mahir Əliyev- Göygöl rayonu “Bağmanlar” toxumçuluq təsərrüfatının rəhbəri: “Dövlət tərəfindən Elit toxumlar da alınıb. Onları əldə etmək üçün müəyyən sahələr ayırmışıq ki, burada əkilən toxumu gələcəkdə özümüz üçün əldə edək. Amofoz gübrəsini də səpinlə bərabər həyata keçiririk”.

Müsahibimizin sözlərinə görə, səpilən toxumdan yüksək məhsuldarlıq əldə etmək üçün sahələrin vaxtında suvarılması vacibdir.

Mahir Əliyev- Göygöl rayonu “Bağmanlar” toxumçuluq təsərrüfatının rəhbəri: “Suyun daimi olmaması bizim üçün vacibdi. Havanın yağmurlu olması bizim əkinə maneçilik etsə də ondan sonra səpini davam etdirmişik və əvvəlcə səpdiyimiz taxıl bitib”.

Göygöldə əkin üçün 20 ədəd traktor, 30 ədəd kotan, eləcə də 27 ədəd səpin aqreqatı var.  Bu il isə əlavə olaraq 10 ədəd traktor alınıb.

Elnur Vahidoğlu