• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3163
— 05.04.2016 12:50

Gəncə, Samux və Daşkəsəndə Azərbaycan ordusunun qazandığı uğurlar müzakirə edildi

Son günlər Azərbaycan Ordusunun cəbhədə qazandığı uğurlar Samux rayonunda da müzakirə olunub. Gəncədə keçirilən tədbirdə isə kəlbəcərlilər Azərbaycan Ordusunun rəşadəti nəticəsində tezliklə doğma yurdlarına qayıdacaqlarına böyük inam ifadə ediblər.

Samuxda keçirilən tədbirdə çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasət yürütdüyünü, məhz bunun nəticəsində bütün sahələrdə olduğu kimi, cəbhə xəttində də böyük irəliləyişlərə nail olunduğunu diqqətə çatdırıb. Mövcud siyasət nəticəsində dünya ölkələri Ermənistanı işğalçı dövlət kimi tanıyır, Azərbaycan həqiqətlərini daha dərindən bilirlər. Azərbaycan Ordusunun son günlər təmas xəttində göstərdiyi qəhrəmanlıqlar yüksək qiymətləndirilib. Cəbhə xəttində qazanılan qələbələrin davamının Qarabağda bayram ediləcəyinə, üçrəngli bayrağımızın işğal altında olan torpaqlarımızda dalğalanacağına qəti inam ifadə olunub.

Ermənistanın Azərbaycana qarşı növbəti uğursuz silahlı təxribatları və Ordumuzun tutarlı cavabı 23 ildir ki, dədə-baba yurdlarından didərgin düşən kəlbəcərliləri daha da ruhlandırıb. Gəncədə keçirilən, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclərin qatıldığı tədbirdə düşmənin xain həmləsinin qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alındığı, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi texnikasının məhv edildiyi vurğulanıb. Düşmənin qorxu içində geri çəkildiyi və Silahlı Qüvvələrimizin əlverişli üstün mövqelərə sahib olduğu qürurla qeyd olunub. Kəlbəcərlilər həmişə səfərbərliyə  hazır olduqlarını da dilə gətiriblər.

 

Natiq Hüseyn

Xaliq Qurbanlı