• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1412
— 05.04.2016 12:15

Gəncədə könüllü olaraq qan verənlərin sayı durmadan artır

Mərkəzi Qan Bankının açıqlamasına rəğmən Gəncədə könüllü olaraq qan verənləri sayı kifayət qədərdir. Qan Bankının Gəncə Bölməsinə üz tutan könüllülər artıq iki gündür cəbhədə yaralanan hərbçilərimizə yardım etmək üçün növbəyə düzülüb. Şəhər sakinləri, tələbələr, idarə, təşkilat və müəssisə kollektivləri qanvermə aksiyasına qoşulublar. Könüllü donorlar ilkin müayinədən keçirildikdən sonra sağlıq vəziyyəti imkan verənlərdən qan götürülür.

Cəlalə Həsənli - tələbə: "Gəncədə qanvermə aksiyasına qoşulmuşam. Bununla fəxr edirəm. Bütün dostlarımı da bura, qanverməyə dəvət edirəm. Bununla ən azı biz səngərdə döyüşən əsgərlərimizə köməyimiz dəymiş olar".

Elmivar Əliyeva - Gəncə sakini: "Cəbhə bölgəsindəki vəziyyəti eşitdik, gəldik qan verməyə. Nə qədər lazımdır, qanımı verməyə hazırlam. Qanımı da, canımı da. Gücüm buna çatır".

 

Gülnar Fazilqızı