• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1707
— 05.04.2016 12:11

“Mövlanadan barış və sevgi damlaları” layihəsi çərçivəsində Türkiyədən 14 nəfərdən ibarət heyət Gəncəyə gəlib

 “Mövlana Mədəni Müdaxilə” proqramı çərçivəsində reallaşan "Mövlanadan barış və sevgi damlaları" layihəsi ilə əlaqədar Türkiyədən 14 nəfərdən ibarət heyət Gəncəyə gəlib. Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin Afyonkarahisar bələdiyyə sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə səfərin Türkiyə ilə Gəncənin ali təhsil ocaqları arasında sıx əlaqələrin qurulmasına xidmət edəcəyinə əminlik ifadə olunub. Söhbət əsnasında bir neçə gün əvvəl Gəncə Dövlət Universitetindən olan nümayəndələrin Afyonkarahisar, Konya və qardaş ölkənin digər şəhərlərinə səfəri əlaqələrin yaxşı nümunəsi kimi qiymətləndirilib. Türkiyədən olan qonaqlar Gəncədə göstərilən qonaqpərvərliyə görə minnətdarlıq ifadə edib.

Burhanetdin Çoban - Afyonkarahisar bələdiyyə sədri: "Bu görüşlərin mübadilə proqramlarının həyata keçirilməsinə müsbət təsir göstərəcəyinə inanıram. Bir neçə gün əvvəl Türkiyədə olan Gəncə Dövlət Universitetinin tələbələri, öz magistr təhsillərini bizim universitetdə almağa qərar veriblər. Biz də Türkiyədən bura magistr və doktorantura üçün tələbə göndərməyi və sadəcə Gəncə Dövlət Universiteti yox, buradakı digər ali təhsil müəssisələri ilə də əlaqələr qurmağı düşünürük".

 

Gülnar Fazilqızı