• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3029
— 14.10.2014 10:38

Çinarlıda ev yanıb (Yenilənib)

Şəmkirin Çinarlı qəsəbəsində saat 10:00 radələrində baş verən yanğın Cavanşir və Yusif Qələndərov qardaşlarına məxsus 10 otaqlı 335 kvm fərdi yaşayış evini əhatə edib. Yanğın nəticəsində 5 otaq 160 kvm sahədə tamamiylə yanaraq kül olub. Hadisə zamanı evdə olan 1 yaşlı Günay Qələndərova hadisə yerində dünyasını dəyişib. Evdə hadisə zamanı uşağın anası da olub. 4 yanğınsöndürən maşın alovun qarşısını 2 saat ərzində almağa müvəffəq olaraq digər otaqların yanmasına imkan verilməyib. Yanğının dəqiq səbəbləri bilinmir. Qısa qapanma və qaz sızması ehtimal kimi irəli sürülür. Araşdırma aparılır. 

Şəmkirin Çinarlı qəsəbəsində vətəndaşa məxsus fərdi ev yanıb. Alov güclü olduğundan hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb edilib. İlkin məlumata görə, hadisə nəticəsində 1 azyaşlı uşaq dünyasını dəyişib. Yanğının nədən baş verdiyi araşdırılır.