• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3189
— 04.04.2016 17:14

Gəncədə şəhər ictimaiyyətinin nümayəndələri ilə cəbhədəki son vəziyyət müzakirə edilib

Ordumuzun gücünə inam ifadə olunduğu iclasda gəncəlilər, xüsusilə də gənclər arasında cəbhə xəttində əldə edilən uğurlardan ruh yüksəkliyinin müşahidə olunduğu vurğulanıb. Gənclərin lazım gələrsə, ordu sıralarına qoşulmağa və düşmənə layiqli cavab verməyə hazır olduqlarına diqqət çəkilib. Ziyalılar, Azərbaycan xalqının Ali Baş komandanın ətrafında sıx birləşdiyini, ordumuza güclü dəstək verildiyini dilə gətiriblər. Şəhər ictimaiyyəti qısa vaxt ərzində əldə olunan bu qələbənin Qarabağda bayram ediləcəyinə, tezliklə üçrəngli bayrağımızın işğal altında olan torpaqlarımızda dalğalanacağına inam ifadə ediblər.

Gülnar Fazilqızı