• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2999
— 14.10.2014 00:12

Gəncədə piyadavurma hadisəsi qeydə alınıb

Bu gün axşam saatlarında Gəncədə iki avtoxuliqanın avtomobili yüksək sürətlə idarəetməsi bir piyadanın vurulması ilə nəticələnib. Belə ki, Mitsubishi Pajero və Niva markalı avtomobillər Atatürk prospektində yarışan zaman yolu keçmək istəyən 53 yaşlı şəhər sakini Bayram Nəciməddinovu vurub. Zərərçəkmiş yaxınlarının köməkliyi ilə dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Piyadavurma hadisəsini törədən hər iki avtomobil aşkar olunaraq cərimə meydançasına aparılıb.