• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 945
— 14.10.2014 00:08

Gəncədə bıçaqlanma hadisəsi baş verib

Ötən gün axşam saatlarında Gəncə şəhər Kəpəz rayon inzibati ərazi vahidliyinə daxil olan Hacıkənd qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Sumqayıt şəhər sakini 30 yaşlı Pərviz Musayev ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Dərhal zərərçəkmiş əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə şahidlərinin bildirdiklərinə görə, Pərviz Musayev ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.