• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4433
— 13.10.2014 18:51

Gəncədə 2 nəfər avtoxuliqan tutulub

Bu gün axşam saatlarında Gəncədə iki avtoxuliqanın avtomobili yüksək sürətlə idarəetməsi bir piyadanın vurulması ilə nəticələnib. Belə ki, Mitsubisi Pajero və Niva markalı avtomobillər Atatürk prospektində yarışan zaman yolu keçmək istəyən 53 yaşlı şəhər sakini Bayram Nəcməddinovu vurub. Zərəçəkən yaxınlarının köməkliyi ilə dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Hadisəni törədən hər iki avtomobil aşkar olunaraq cərimə meydançasına aparılıb.