
Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, Totanlı küçəsində yaşayan 22 yaşlı Kənan Adıgözəlov dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Dərhal reanimasiya şöbəsinə yerləşdirilən zərəçəkmişin vəziyyəti orta ağır qiymətləndirilir. Araşdırma zamanı məlum olub ki, 22 yaşlı gənc yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
- Baxış: 293