• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2997
— 13.10.2014 19:16

Mingəçevir şəhərində bəxtsiz sürücü 1 gündə iki qəza törədib

VAZ 21 099 markalı avtomaşını idarə edən Şaiq Əhmədov Heydər Əliyev prospektinin Telekommunikasıya Qovşağı binasının qarşısındakı hissəsində,  piyada 10 yaşlı Rəsul Rəsulovu vurub.  Tez bir zamanda yaralını xəstəxanaya çatdırmaq istəyən sürücü sürət həddini aşıb və adıçəkilən prospektdə  Yolçu Əsgərovun idarə etdiyi VAZ  2107 markalı avtomobillə toqquşub. Bu qəzadan da salamat çıxan sürücünün təkidi ilə yaralı uşağı tez bir zamanda xəstəxanaya çatdırmaq olub. Uşaq aldığı aşağı kəllə beyin travması ilə Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.