• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1830
— 01.04.2016 15:08

Qərb bölgəsində yaz-tarla işləri yekunlaşmaq üzrədir

Üzüm sahələrində müxtəlif aqrotexniki tədbirlər həyata keçirilir. Əksər təsərrüfatlarda qış çiləmələri yerinə yetirilib. Belləmə və sulama işləri isə davam edir. Tərəvəzçilik sahəsində vəziyyət bir qədər fərqlidir. Açıq sahədə tərəvəz bitkilərinin becərilməsinə aprelin 10-dan sonra başlanılacaq. Hazırda bu iş üçün hazırlıq gedir. Şitil alınması üçün səpin işləri aparılır.Taxıl zəmilərində alaq otlarına və taxıl böcəyinə qarşı mübarizə tədbirləri aparılıb, yemləmə məqsədilə azot gübrəsindən istifadə olunub. Bundan sonra isə siçanabənzər zərərvericilərə qarşı mübarizə başlayacaq.

Kazım Hüseynov- Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun əməkdaşı: "Gəmiricilərin çoxalma müddətləri mövcuddur. Bu çoxalma taxıl bitkisinin inkişafı ilə üst-üstə düşür. Ona görə də fermerlərimiz cücərtilər başlayandan, məhsul yığılana qədər gəmiricilərin inkişafını müşahidə etməli, ciddi zərər olarsa, mübarizə tədbirləri görməlidirlər".

Gülnar Fazilqızı