• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4423
— 13.10.2014 18:24

Şabran rayonunda xarici vətəndaşın ölümü ilə nəticələnən qəza baş verib

Bakı-Quba-Rusiya federasiyası dövlət sərhəddi avtomobil yolunun 118-ci km-də, Şabran rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib. 

63 yaşlı  Siyəzən rayonu Gil-gilçay qəsəbəsində yaşayan Zahir Hüseynov idarə etdiyi “VAZ 21063” markalı, avtomaşınla Bakı istiqamətində hərəkətdə olarkən yolu keçən 35 yaşlı Rusiya Federasiyası Moskva vilayətində yaşayan Yuriy Sviridovu vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırmalar davam etdirilir.