• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4423
— 13.10.2014 17:22

İmişlidə qəsdən yandırılan 4 otaqlı ev külə dönüb

İmişlidə yanğın hadisəsi baş verib. Məlum olub ki, ev elektrik və ya qaz sızmasından deyil, qəsdən yandırılıb. Nəticədə 4 otaqlı ev əşyaları ilə birgə yanaraq  külə dönüb.

Hadisə İmişlinin  Bəhrəmtəpə qəsəbəsində Rahilə Abbasovaya məxsus  mənzildə baş verib. Qısa  müddətdə güclənən alov evi cənginə alıb. Həmin vaxt  qohumlarının xeyir işində olan ev sahibləri evlərinin yanmasından  xəbər tutub və dərhal hadisə yerinə gəliblər. Yanğının baş verməsi  şübhə doğurub və hadisənin qəsdən törədildiyi məlum olub.

Hadisə ilə bağlı İmişli rayon Polis Şöbəsinə müraciət  edilib. Dərhal əməliyyat-axtarış işlərinə başlanılıb. Yanğının  rayonun  qaragüvəndikli kənd sakini Elşən Tağıyev  tərəfindən törədildiyi  müəyyən edilib və  həmin şəxs   saxlanılıb.

Elşən Tağıyev  əməllərini  etiraf edərək hadisəni məqsədli şəkildə  törətdiyini bildirib.

Qeyd edə ki, yanğın zamanı ümumi sahəsi 135 kvadratmetr olan ev tamamilə yanaraq külə dönüb. Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov məhdudlaşdırılıb, ətrafdakı ev və tikililər yanğından müahfizə olunub.

Faktla bağlı araşdırma davam etdirilir.