• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3553
— 31.03.2016 16:48

Gəncədə 3 məktəbə yeni direktor təyin olunacaq

Bu gün məktəb direktoru vəzifəsinə təyin olunmaq üçün elektron ərizələrin qəbulu yekunlaşır. Müraciət edən 3000-ə yaxın şəxs respublika üzrə 600 vakant yer uğrunda mübarizə aparacaq. Vakant yerlərin çoxu Cəlilabad, Goranboy, Ağdam və Kürdəmir rayonlarının payına düşür. Gəncədə isə 3 məktəbin direktor yeri boşdur. 3, 10 və 11 nömrəli tam orta məktəblərdə direktor vəzifələri şəhər Təhsil İdarəsinin təyin etdiyi şəxslər tərəfindən icra edilir. Gəncədə imtahan aprel ayının 2-də 39 nömrəli tam orta məktəbdə keçiriləcək. İmtahanda iştirak etmək üçün Qərb bölgəsi üzrə 232 nəfər müraciət edib. İmtahandan keçənlər “Ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə təlim kursları”na cəlb ediləcək. Bu təlimləri müvəffəqiyyətlə bitirənlərə isə "Uğur sertifikatı" təqdim olunacaq.

Eşqin Bağırov - Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdiri: "Elektron ərizələrini təsdiq edən namizədlərin ərizələrində qeyd etdikləri məlumatlar qiymətləndiriləcək. Elektron ərizələrin qiymətləndirilməsi başa çatdıqdan sonra artıq, test imtahanı nəzərdə tutulub. Test imtahanı isə Bakı şəhərində baş tutacaq. "Uğur sertifikatı"na malik namizədlər müsabiqənin test mərhələsindən azad olunurlar. Onlar bir başa müsahibə mərhələsinə dəvət olunacaqlar".

Vüsalə Camal