• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3518
— 31.03.2016 15:58

Tovuz sakinləri müayinə edildilər

Tovuzda ürək-damar, şəkərli diabet xəstələrinin sayı artıb. Əhalinin tibbi müayinəsi zamanı əldə edilən nəticələr bunu deməyə əsas verir. Səhhəti yoxlanılan 72 min 679 nəfərdən 3 min 851-i ambulator, 72 rayon sakini isə stasionar müalicəyə cəlb olunub. 21 nəfərin göndərişi isə Bakı şəhərinə verilib. Rayonun şəhər və kənd xəstəxanalarında da təşkil olunan aksiyanın əlçatan olması üçün ucqar yaşayış məntəqələrində yaşayanlar üçün xüsusi həkim briqadaları xidmət göstərir. Rayon əhalisinə şəhər poliklinikasında gündəlik olaraq qan analizi, UZİ, kardioloji, rentgen xidmətləri göstərilir. Müayinələrə peşəkar həkim personalı, ixtisaslı kadrlar cəlb edilib. Tibbi müayinə may ayının sonuna qədər davam etdiriləcək.

Rahim İbrahimoğlu