• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4423
— 13.10.2014 17:40

İmişlidə hərbi xidmətdəki övladları ilə görüşdən qayıdan atanın avtomobili yanıb

İmişlidə yolda hərəkətdə olan “Mercedes” markalı avtomobil yanıb. Hadisə ötən gün Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 104-cü km-də qeydə alınıb. Şirvan sakini Yaşar İbişov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən mühərrik hissədə  tüstülənmə baş verib. Sürücü  avtomobili saxlayaraq  alovu söndürmüyə cəhd etsə də heç bir nəticə olmayıb. Sürücü və avtomobildəki sərnişin dərhal maşından uzaqlaşıb. Alov maşını bürüyərək güclənib. Yanğın nəticəsində yolda hərəkət dayanıb. Hadisə yerinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika və canlı qüvvəsi cəlb  edilib. Alov söndürülüb yanğının ətrafda olan digər avtomobillərə keçməsinin qarşısı alınıb. Yolda hərəkət bərpa  edilib. Qeyd edək ki, avtomobili yanan şəxsin həyat yoldaşı ilə birgə hərbi xidmətdə olan övladları ilə görüşdən evə qayıtdığı bildirilir. Yanğın zamanı xəsarət  alan olmasa da avtomobil tamamilə yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.