• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2230
— 13.10.2014 14:47

“Aqrolizinq” ASC-nin Gəncə Regional Təchizat bazasında fermerlərə texnikaların verilməsinə başlanılıb

Payız əkininin başlanması ilə əlaqədar fermerlərin aqrolizinq vasitəsilə satılan texnikalara olan marağı da artıb. Yazda bol məhsul götürmək arzusunda olan fermerlər dövlət tərəfindən yaradılan imkanlardan istifadə etməkdə maraqlıdırlar.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Gəncə Regional Təchizat bazasında fermerlərin əkin işlərinin aparılması üçün texnikaların verilməsinə başlanılıb. Bu texnikalar icarə və alqı-satqı yolu ilə həyata keçirilməkdədir. Məsələ burasındadır ki, payızlıq əkin mövsümünün  başlanması ilə buradan və digər aqrolizinq təhcizat bazalarından texnikalara maraq artıb. Vaxtında şum işlərinin həyata keçirilməsi bol məhsul üçün başlıca şərtdir ki, bunu da fermerlər yaxşı anlayır.

Soltan Əhmədov- fermer: “2015-ci ilin məhsulu üçün taxıl əkininin əsas vaxtıdır. Texnikaları da bu məqsədlə alırıq. Əsas məqsəd məhsul götürmək, ölkədə ərzaq bolluğu yaratmaq, taxıla olan tələbatı azaltmaqdır.  Gəlib regional bazadan alırıq, heç bir problemlə üzləşməmişik”.

Fermerlərin texnikalara marağını  Aqrolizinqin Gəncə Regional Təhcizat bazasından da təsdiq edirlər. Xüsusən maraq Türkiyə istehsalı olan kotanlar, eləcə də Belarusiya istehsalı olan “MTZ” traktorlarınadır.

İdris Vəliyev- Aqrolizinq ASC-nin Gəncə Regional Təchizat bazasının müdiri: “Böyük fermerlər və kiçik fermer təsərrüfatları çox maraqla bu işə girişiblər və texnikaları alırlar. Tələbat böyükdür. Bizdə olan texnikalar, kotanlar Türkiyədən müqavilə əsasında gəlir. Traktorlar isə Belarusiya istehsalı olan “MTZ” markalı traktorlardır. O ki qaldı texnikaların saxlanmasına, bu texnikalar qanunauyğun olaraq örtülü şəraitdə saxlanılır”.

Qeyd edək ki, bu il hələlik bazaya gübrə verilməsə də, keçən il 360 ton gübrə gətirilmişdi.