• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4787
— 29.03.2016 16:31

Daşkəsəndə əhalinin tibbi müayinəsi üçün 2 səyyar həkim briqadası yaradılıb

Əhalinin profilaktiki tibbi müayinəsi aksiyası çərçivəsində arxada qalan müddət ərzində Daşkəsəndə 16 min 144 nəfər yoxlamadan keçirilib. Rayon Xəstəxanasının həkimləri tərəfindən yoxlanılan sakinlər arasında daha çox mövsümü xəstəliklərə rast gəlinir. Bu günə kimi aparılan tibbi müayinənin nəticəsi olaraq 112 nəfər ambulator, 65 sakin isə stasionar müalicəyə cəlb edilib. Bundan başqa 17 nəfər paytaxt Bakıda fəaliyyət göstərən ixtisaslaşdırılmış xəstəxanalara göndərişlər alıb. Əhalinin tibbi müayinəsi mərkəzi rayon xəstəxanası ilə yanaşı, 2 səyyar həkim briqadası vasitəsi ilə yerlərdə də aparılır. Artıq səyyar briqadalar rayonun 49 yaşayış məntəqəsindən 42-də müayinələri başa çatdırıb. 

Mirzəkərim Tağıyev- Daşkəsən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi: “Onu bildirmək istəyirəm ki, əhali tərəfindən bu müayinələr yüksək qiymətləndirilir. Hansı kəndlərdə tibb ocaqları yoxdur, orada səyyar briqadalar vasitəsilə müayinələr aparılır. Çalışırıq ki, bütün rayon sakinlərini tibbi yoxlamalara cəlb edək”.

Natiq Hüseyn