• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 797
— 29.03.2016 10:20

Tovuzda üzümə bənzəyən armud yetişdirilir

Tovuz sakini həyətində maraqlı üsulla armud yetişdirir. Sultan Orucovun 4 ildir qulluq etdiyi ağacın hazırda 5 metr boyu var. Rayon sakini armudun hündürlüyə qalxması üçün onun pöhrələrini qıraraq yalnız düz inkişafına çalışıb. Orucov növbəti illər ərzində ağacdan məhsul götürməsə də, onun boyunu rekord həddə çatdırmaq iddiasındadır. Görənlərin daha çox üzüm bitkisinə bənzətdiyi armuda kimyəvi dərman vasitəsi vurmadığını deyən 54 yaşlı rayon sakini ağacı evin ətrafına dolanacaq uzunluğa çatdırcağını deyir.

Rahim İbrahimoğlu