• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 683
— 29.03.2016 01:22

Qərb bölgəsində qəfil dəyişən hava təşvişə səbəb oldu

Dünən axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib. Dağlıq rayon olan Gədəbəyə qar yağıb. Qarın qalınlığı rayon mərkəzində 5, dağlıq ərazilərdə 10-15 sm-ə çatıb. Qar kəndləri rayon mərkəzi ilə birləşdirən yollarda çətinlik yaratmayıb. Əhalinin kommunal xidmətlərlə təminatında problemlər qeydə alınmayıb. Dünən axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib. Dağlıq rayon olan Gədəbəyə qar yağıb. Qarın qalınlığı rayon mərkəzində 5, dağlıq ərazilərdə 10-15 sm-ə çatıb. Qar kəndləri rayon mərkəzi ilə birləşdirən yollarda çətinlik yaratmayıb. Əhalinin kommunal xidmətlərlə təminatında problemlər qeydə alınmayıb. 

Ötən axşam qısa vaxt ərzində dəyişən hava Tovuz sakinlərini təşvişə salıb. Belə ki, 2-3 saat ərzində rayon ərazisində gah yağış yağıb, gah qatı duman olub, ardından isə güclü külək əsib. Qeyri-sabit hava şəraiti Tovuzda təxminən saat 21:00-dan başlayıb. Yağış rayonda hər hansı problemə səbəb olmasa da qəfil çökən duman sürücülərin işini çətinləşdirib.  Rayonun dağ kəndləri ilə mərkəzi hissəsini birləşdirən Tovuz-Böyük-Qışlaq-Qaralar, Əlibəyli-Yuxarı Öysüzlü, avtomobil yollarında sürücülər sürət həddini azaltmağa məcbur olublar. Havanın qəfildən dəyişməsi gecə saatlarında yolda müəyyən ləngimələrə səbəb olub. Sürücülər bildirib ki, avtomobillərin uzaq vuran işıqları belə dumana təsir göstərə bilməyib. Bakı-Qazax avtomagistralının Tovuz, Ağstafa rayonlarından keçən hissəsində isə çətinlik yaranmayıb.

Elnur Vahidoğlu