• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1954
— 28.03.2016 15:53

Ağstafada arıçılar yeni mövsümün hazırlıqlarına başlayıblar

Yaz gəlsə də, havanın fəslə uyğun keçməməsi arıların da iş fəaliyyətini nisbətən ləngidib. Buna baxmayaraq, ağstafalı arıçılar yeşikləri yaza hazırlamaqla məşğuldurlar.

Ağstafanın təbiəti arıçılıq üçün böyük imkanlar yaradır. Xüsusilə Qarayazı düzləri. Müxtəlif çiçəklərdən toplanan balın həm dadı, həm də rəngi fərqli olur. Uzun illərdir arıçılıqla məşğul olan Şahin Cəfərov artıq yeni mövsümün hazırlıqlarına başlayıb. O, bir müddətdən sonra arı yeşiklərini meşəyə aparacağını deyir. Şahin Cəfərov arılarından yalnız bal deyil, ondan daha faydalı olan məhsullar da əldə edir.

Şahin Cəfərov bəzən möcüzə kimi təqdim edilən bir sirri də açıb. Sən demə, pətək üzərində yazıları arılar yox, məhz arıçılar özləri yazırlar.

Ağstafa sakini deyir ki, iynəli canlılarının maraqlı xüsusiyyətlərindən biri də, onların ət yemək bacarağının olmasıdır. Arılar hətta dərisi soyulmuş cücəni belə həzm edə bilir. Bu canlılarının bir xüsusiyyəti də duza və suya tələbat hiss etməsidir.

Şahin Cəfərov onu da bildirib ki, arılar qışdan yaxşı çıxıblar, heç bir xəstəlik müşahidə olunmur. Odur ki, bu il bol məhsul gözləməyə dəyər.

Rahim İbrahimoğlu