• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1787
— 28.03.2016 15:57

“Aqrolizinq” Goranboy fermerlərindən sifarişlərin qəbuluna başlayıb

Fermerlər təsərrüfatlarda texnikadan daha çox istifadə etməyə başlayıblar. Goranboyun əkin sahələrində  şum, səpin və əkin işlərində də texnikadan geniş istifadə edilir. Fermerlərə güzəştli şərtlərlə xidmət etmək üçün “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin  rayonda olan bütün texnikaları saz vəziyyətə gətirilib.

Yaz-tarla işlərinin başlaması ilə əlaqədar “Aqrolizinq” ASC-nin Goranboy bölməsi təsərrüfatlarda əkin, eləcə də şum işlərinin aparılması ilə bağlı fermerlərdən sifarişlərin qəbuluna başlayıb.

Bu günə kimi bölməyə 50-yə yaxın torpaq mülkiyyətçisi 200 hektar ərazidə işlərin aparılması üçün müraciət edib. Və onlarla müqavilə bağlanılaraq dövlət rüsumu əsasında texnikaların xidmətləri təklif olunub. Bura taxılyığan kombaynlar, traktorlar, ekskavatorlar, müxtəlif kənd təsərrüfatı texnikaları və qoşquları daxildir. Bundan başqa, bölməyə 1130 ton mineral gübrə gətirilib. Həmin gübrənin 600 tonu artıq güzəştli şərtlərlə fermerlərə satılıb.

Taleh Hüseynov- “Aqrolizinq” ASC-nin Goranboy bölməsinin mühəndis-texniki: "Goranboy rayonu kənd təsərrüfatı rayonundur. Bu məqsədlə biz müqavilə əsasında fermer təsərrüfatlarına köməklik edirik. Hazırda bölmənin 23 ədəd kombaynı var və onlar tam hazırlıq vəziyyətinə gətirilib. Hal-hazırda pambıq yerləri dırmıqlanır, şumlanır və toxum səpilir. Tərəfimizən yaz-tarla işləri ilə bağlı digər işlər aparılır".

Müşahidələr göstərir ki, son illər fermerlər təsərrüfatlarda texnikadan daha çox istifadə etməyə başlayıblar. Dövlət tərəfindən fermerlərə lizinq yolu ilə müxtəlif adda kənd təsərrüfatı texnikalarının satılmasına baxmayaraq Goranboyda Aqrolizinqin texnikalarından istifadə edənlərin sayının azalmaması da bunu bir daha təsqiləyir.

Xaliq Qurbanlı