• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4417
— 13.10.2014 09:57

Gəncə sakini motosikleti ilə birgə su quyusuna düşərək dünyasını dəyişib

Hadisə şəhərin Kəpəz rayonu ərazisində qeydə alınıb. Samux rayon sakini 37 yaşlı Əfqan Qurbanov  motosikletlə Alüminium zavodun bağ sahəsi deyilən ərazidə yaşadığı evinə gedərkən idarəetməni itirib və motosikletlə birlikdə 4 metr dərinliyində olan quyuya düşüb.

Əfqan Qurbanov qəza zamanı aldığı müxtəlif bədən xəsarətlərindən elə  hadisə yerindəcə vəfat edib.

Hadisə ilə bağlı dərhal qonşular FHN-nin “112” qaynar telefon xəttinə zəng edərək, hadisə ilə bağlı məlumat verib. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və Əfqan Qurbanovu, eləcə də motosikleti quyudan çıxarıb. Motosikletin sürücüsünün cəsədi aidiyyəti üzrə təhvil verilib.

İlkin məlumata görə, Əfqan Qurbanov sərxoş olub.

Faktla bağlı Gəncə şəhər Baş polis idarəsində araşdırma  aparılır.