• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2312
— 20.03.2016 14:18

Göygöllülər Novruz bayramında əsgərlərə bayram sovqatı aparıblar

Göygöl rayon rəhbərliyi, ictimaiyyət nümayədələri Novruz bayramını N saylı hərbi hissədə əsgərlərlə birgə qeyd edib. Bayram sovqatı ilə yüklənən maşın karvanı ön cəbhədə yerləşən əsgərlərə çatdırılıb. Hərbi hissədə təşkil olunan tədbirdə çıxış edənlər əsgər və zabitlərimizi bayram münasibəti ilə təbrik ediblər. Xalqımızın daim milli ordumuzla həmrəy olduğunu önə çəkiblər. Bu əziz gündə də əsgərlərin yanında olmağın qürurverici və şərəf olduğunu diqqətə çatdırıblar. Belə bir inam ifadə olunub ki, ən yaxın zamanlarda torpaqlarımız düşmən işğalından azad olunacaq, bayram tonqalları Qarabağda alovlanacaq. Sonra rayon ictimaiyyətinin bayram sovqatları əsgərlərə təqdim olunub. Bayram tədbiri rayon mədəniyyət işçilərinin geniş və rəngarəng konsert proqramı ilə davam edib.

Natiq Hüseyn