• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1574
— 20.03.2016 15:37

Adı Bayram, soyadı Novruzov...

Uyğunluqlar tək ad və soyadla bitmir. Onun doğulduğu zaman məhz milli el bayramı gününə təsadüf edir. Ağstafanın Köçəsgər kəndində yaşayan 67 yaşlı Bayram Novruzov maraqlı baş geyimləri ilə də fərqlənir. İri papaq geyinməyi sevən rayon sakini deyir ki, dost-tanışları bayramlaşmaqla birgə onun ad günündə xüsusi iştirak edirlər. Bir sözlə, martın ikinci ongünlüyündə ailədə bayram-bayrama qarışır.

Rahim İbrahimoğlu