• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2243
— 20.03.2016 15:33

Tovuzda qədim el bayramı Novruz fərqli şəkildə qeyd edilib

Rayon sakinləri ilə birgə Novruzu qeyd etmək üçün Türkiyəli sənətçilər də bölgəyə təşrif buyurub. Türkiyə səfirliyinin Kültür və Tanıtma Müşavirliyi, Yunus Əmrə Vəqfinin Bakı təmsilçiliyi rayon sakinlərinə açıq havada maraqlı konsert proqramı təqdim edib. "Türkiyə Respublikası azərbaycanlı qardaşlarının Novruz Bayramını təbrik edir" şüarlı Festivalda Türk Xalq Rəqsləri, əl sənəti ustalarının işləri nümayiş olunub. Bundan əvvəl Gəncə şəhərində olan türkiyəli sənətçilər bayram günlərində Şəki, Bakı və Naxçıvanda da konsert proqramı ilə çıxış edəcəklər.

Rahim İbrahimoğlu