• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2346
— 20.03.2016 12:55

Gəncə Dövlət Universitetində Novruz bayramı münasibətilə tədbir keçirilib

Novruzun birlik, qardaşlıq bayramı olduğunu deyən təhsil ocağının rektoru Yusif Yusifov onu sülh, mənəvi saflıq, barışıq, təbiətin oyanışı kimi xarakterizə edib. Sevindirici haldır ki, insanları dostluğa, birliyə, sülhə, əməyə səsləyən Novruz bayramı, Azərbaycan müstəqillik qazandıqdan sonra digər bayramlarımız kimi daha böyük, təmtəraqlı keçirilir. Həmçinin şənlikdə çıxış edənlər Novruz bayramının bütün dünyada da Azərbaycanlılar tərəfindən böyük sevinclə qeyd olunduğunu da önə çəkib. Tədbirdə Novruz bayramı münasibəti ilə universtetin ictimai işlərində  fəal iştirak edən 27 nəfərə fəxri fərman, 21 nəfərə isə təşəkkürnamə verilib. Ardından Universtetin öz fəaliyyəti dərnəyinin üzvlərinin hazırladıqları bayram konserti nümayiş edilib. Təhsil ocağının Xor kollektivinin ifası böyük maraqla, alqışlarla qarşılanıb. 

Vüsalə Camal