• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2323
— 19.03.2016 16:10

Kəpəz Tele-Radio Şirkəti bayramda qayğıya ehtiyacı olan körpələrin üzünü güldürdü

Kəpəz Tele-Radio Şirkətinin kollektivi milli bayramımız olan Novruzun gəlişi ilə bağlı Gəncə Uşaq Evinin qonağı olub. İnsanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət göstərməsi kimi sağlam təməllər üzərində qurulan bayramda qayğıya ehtiyacı olan balacalar diqqət mərkəzində olub. Uşaqlarda bayram əhval- ruhiyyəsi yaratmağı qarşımıza məqsəd qoyaraq fidanlarla görüşə əliboş getməmişdik. Zəngin ənənə və dəyərləri, ritual və mərasimləri özündə ehtiva Novruzun balacalara təbliği aparılıb. Milli kimliyimizə söykənən bədii-estetik, mənəvi-əxlaqi dəyərləri, ülvi və dünyəvi duyğuları yaşatmaq və onları yetişən nəslə çatdırmaq kimi amallar aşılanıb. Təbiətin oyanışı ilə ürəklərdə saf niyyətlərin, xoş arzuların yarandığı, insanla təbiətin bütövləşməsi, harmoniyası sayılan bayramda balacalar da könülləri xoş edən şeir, mahnı və rəqslərlə qonaqlara qarşılıq verib.

Vəfa Şairova