• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1529
— 19.03.2016 14:08

Goranboyda Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası keçirilib

Goranboyda fəaliyyət göstərən fermerlər və müxtəlif şirkətlər tərəfindən yarmarkaya çıxarılan məhsullar bazar qiymətindən 30-40 faiz ucuz təklif edilib. Mal əti 5, qoyun əti 6 manata, kartof 45, yumurta 10 qəpiyə, əsas bayram çərəzi hesab olunan qoz-fındıq isə 4-5 manata satılıb. Bütün məhsullar xüsusi baytar nəzarətindən keçirildikdən sonra satışına icazə verilib. Bayram öncəsi aşağı qiymətlərlə məhsul satışı rayon sakinlərinin ürəyincə olub. Yarmarkaları bayram günlərində də mütəmadi təşkil ediləcək.

Sakin: “Bayram günlərində belə yarmarkaların təşkili olduqca yaxşıdır. İnsanlar gəlir bazarlığını burdan ucuz qiymətə edə bilir”.  

Sakin:Sağ olsunlar təşkilatçılar. Başqa yerlərə nisbətən burda hər şey ucuzdur. Alıcılar da razılıq edir”.