• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2241
— 19.03.2016 13:00

Gəncə Regional Miqrasiya İdarəsinin əməkdaşları təltif ediliblər

Bu gün Dövlət Miqrasiya xidmətinin yaradılmasının 9-cu ildönümüdür. Bu münasibətlə Gəncə Regional Miqrasiya İdarəsinin əməkdaşları xidmət rəisinin əmrinə müvafiq olaraq təltif ediliblər. Daha sonra Heydər Əliyev Mərkəzinin qarşısında ulu öndərin abidəsi önünə tər çiçəklər qoyulub. Xidmət əməkdaşları mərkəzin birinci mərtəbəsində ümumilli liderin həyat və fəaliyyətini əks etdirən stendlərə baxış keçiriblər. Bədii, elmi kitablarla zəngin kitabxana Miqrasiya Xidməti əməkdaşlarının daha çox maraq göstərdiyi bölmə olub. Sonra isə xidmət nümayəndələri xalçaçılıq muzeyindəki milli ornamentli xalçalarımızla tanış olublar. Xatırladaq ki, Dövlət Miqrasiya Xidməti 2007-ci il martın 19-da Azərbaycan prezidentinin fərmanı ilə yaradılıb.

Vüsalə Camal