• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2334
— 19.03.2016 11:27

Şəmkirdə tibb məntəqəsi üçün yeni bina istifadəyə verildi

Şəmkir rayonunun İrmaşlı kəndində Yaponiya hökumətinin "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı" çərçivəsində tibb məntəqəsi üçün yeni bina istifadəyə verilib. Ötən müddət ərzində Yaponiya hökümətinin yardımı ilə Şəmkir rayonunun Sabirkənd və Ələsgərli kəndlərində yeni tibb məntəqəsi inşa olunub. Üç kənddə içməli su xətti çəkilib. Bu istiqamətdə layihələrin gələcəkdə də davam etdirilməsi planlaşdırılır. Ümumilikdə ötən il Şəmkirdə müxtəlif kənd və qəsəbələrdə 7 tibb müəssisəsi əsaslı şəkildə yenilənib. İstifadəyə verilən yeni tibb məntəqəsində isə 8 müxtəlif kabinetdə stomatoloq, ginekoloq, manipulyasiya, UZİ və ailə həkimlərinin fəaliyyəti üçün maksimum şərait yaradılıb. Tədbirin sonunda səfirə simvolik olaraq xatirə hədiyyəsi təqdim edilib.

Tsuquo Takahaşi - Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri: “Azərbaycanda bir çox layihələr reallaşdırmışıq. Onların bir neçəsi də Şəmkirin payına düşüb. Bu gün xalqınızın ən əziz günündə Şəmkirdə daha bir tibb məntəqəsinin açılışı oldu. Çalışacağıq ki, birgə əməkdaşlıq çərçivəsində bu cür layihələrimizi davam etdirək”.

Məlahət İbrahimqızı- millət vəkili: “İrmaşlı kəndinin sakinləri üçün vacib məsələlərdən biri də müasir tibb məntəqəsinin olması idi. Bu gün Yaponiya höküməti ilə birgə sakinlərin bu istəyi reallaşdı. Həqiqətən də kəndlərdə sakinlər üçün tibb xidməti çox vacibdir. Arzu edirəm ki, sakinlər bu tibb məntəqəsindən yalnız profilaktika məqsədi ilə istifadə etsinlər”.

Natiq Hüseyn