• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2307
— 18.03.2016 16:10

Bayram günlərində Gəncə Regional Poçt filialı gücləndirilmiş iş rejimində işləyəcək

Novruz bayramı günlərində bir çox qurumlar kimi, Gəncə Regional Poçt filialı da gücləndirilmiş iş rejimində işləyəcək. Artıq bu gündən etibarən poçtamtın kollektivi bayram ab-havasında şəhər sakinlərinin xidmətində durur. Poçtun bayram günlərində işləyib-işləməyəcəyini isə qarşıdakı materialdan öyrənək...

Novruz bayramı ərəfəsində ölkədə qeyri-iş günü olmasına baxmayaraq, Gəncə Regional Poçt filialı sakinlərə həm gücləndirilmiş iş rejimində, həm də bayram əhval-ruhiyyəsində xidmət göstərir.

Bu gündən Gəncədə milli geyimdə olan işçilər poçt xidmətləri göstərir. Novruz bayramı ilə əlaqədar ölkədə 8 gün qeyri-iş günü olsa da, poçtamtın fəaliyyəti dayanmayacaq. Mart ayının 20-dən etibarən 28-dək saat 10:00-dan 17:00-dək şəhər sakinləri poçt xidmətlərindən yararlana biləcək.

Vüqar Xəlilov- Gəncə Regional Poçt filialının müştəri xidmətləri şöbəsinin rəisi: "Gəncə Regional Poçt filialı gücləndirilmiş iş rejiminə keçmişdir. Novruz bayramı istrahət günləri olmasına baxmayaraq, Gəncə Regional Poçt filialının müştəri xidmətləri şöbəsi, eləcə də digər poçt filialları fasiləsiz olaraq əhaliyə xidmət göstərəcəkdir. Bütün xidmət növlərindən - daxili və beynəlxalq pul köçürmələri, enerji yükləmələri, telefon qeydiyyatları və digər xidmətlərdən istifadə olacaqdır".

Hazırda Gəncə Regional Poçt filialında əhaliyə 40-dan artıq ənənəvi və qeyri-ənənəvi xidmət göstərilir. Bu xidmətlər poçtamtın şöbələri də daxil olmaqla, 15-ə yaxın əməliyyatçı tərəfindən həyata keçiriləcək. Məqsəd bayram günlərində sakinlərin xidmətlərə əlçatanlığını təmin etməkdir.

Bahadur Şakiroğlu