• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2287
— 18.03.2016 16:05

Gəncədə 1-ci tələbə festivalı reallaşıb

Gəncənin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar olaraq silsilə layihələr həyata keçirilir. Belə layihələrdən biri də Gəncə Dövlət Universiteti tərəfindən reallaşıb. 1-ci tələbə festivalı Gəncəçayın sahilində yeni yaradılan park bulvarda reallaşıb. Təşkil olunan festivalda Universitetin xüsusi istedadlı tələbələrinin hazırladığı əl işlərinin və rəsm əsərlərinin sərgisi olub. Böyük marağa səbəb olan festivalda Gəncədə fəaliyyət göstərən ali təhsil ocaqlarının tələbələri ilə yanaşı şəhər sakinləri də iştirak edib. Həmçinin, “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Gəncədə qonaq olan Saatlı, Sabirabad və İmişli məktəbliləri də 1-ci tələbə festivalına qatılıblar.  Sərgiyə çıxarılan rəsm əsərlərinin satışı da həyata keçirilib.

Tələbə: “Əlbəttə, tələbə festivalı bütün tələbələr üçün uğurlu nəticədir. Çünki istedadlı tələbələr belə festivallarda üzə çıxır, ön planda olur. Bununla yanaşı, sərgiyə çıxarılan əsərlərin satışı da nəzərdə tutulub ki, bu da öz növbəsində tələbə büdcəsinin artmasına böyük kömək olacaq”.

Tələbə: “Festivalda 50-dən çox rəsm əsərləri nümayiş olunur. Bundan əlavə, bizim musiqi kompozisiyalarımız var. Demək olar ki, bayrama aid olan bir çox əsər və əl işləri var”.   

Gülnar Fazilqızı