• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2269
— 18.03.2016 15:27

Saatlı, Neftçala və Sabirabad məktəbliləri Şəmkir və Göygölə səfər ediblər

Ölkəmizi tanıyaq tur-aksiyasının Aran bölgəsindən olan iştirakçılarının qərb bölgəsi ilə tanışlığı davam edir. Gəncədən sonra Şəmkirdə olan Saatlı, Neftçala və Sabirabad məktəbliləri Göygölə də səfər edib.

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Şəmkirə gələn şagirdlərin ilk dayanacağı orta əsr Şəmkir şəhərindəki qalada aparılan qazıntı ərazisi olub. Ərəb və monqol istilası dövründə tamamilə yandırılan qalada arxeoloji qazıntılarla bərabər aparılan bərpa işləri maraqla qarşılanıb. Daha sonra məktəblilər Heydər Əliyev Mərkəzi, Gənclər mərkəzi, Bayraq Muzeyi, “Abidələr” parkı, Alman kilsəsi və “İstiqlal” parkına səyahət ediblər. Şəmkirin park və xiyabanları ilə tanış olan məktəblilərə Heydər Əliyev Mərkəzində Ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif məqamları barədə foto-video çarxlar nümayiş etdirilib. Həmçinin Heydər Əliyevin hakimiyyəti dövründəki iş otaqlarının maketləri də maraq doğurub.

Məktəblilər Şəmkirin Bayraq meydanında və muzeyində Azərbaycanda mövcud olan dövlətlərin, xanlıqların, o cümlədən, İrəvan xanlığının bayrağı ilə tanış olub. “Zəka” Gənclərin İntellektual İnkşafı Yaradıcılıq Mərkəzi də şagirdlərə nümayiş etdirilib.

Vəfa Şairova