• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1277
— 17.03.2016 16:19

Bazarlarda canlanma yerinə durğunluq hökm sürür

Bayram yaxınlaşdıqca bazarlarda alış-veriş də canlanır. Tovuzun mal-qara bazarı da səhər saatlarından etibarən rayon sakinlərinin ən çox toplaşdığı məkan olub.

Bayram tədarükü edənlər, əsasən xırdabuynuzlu heyvanlara üstünlük verir. Qiymətlərin münasib olması alıcıları razı salsa da, heyvan sahiblərini belə vəziyyət qane etmir. Onlar bazara çıxardıqları 20-25 kiloqramlıq xırdabuynuzluları 130-140 manata təklif edir.

Mal-qara bazarında istənilən çəkidə iri və xırda buynuzlu heyvanlar satılsa da, alıcı azlığı daha çox diqqət çəkir. Qiymətlərin ötən illə müqayisədə ucuz olması da tələbə təsir etməyib.

Satıcılar Novruz bayramı öncəsi bazarda fəallaşmanın olacağını təxmin etsələr də, bu real olaraq özünü doğrultmur. O üzdən də heyvanların qiymətindəki münasibliyin dəyişəcəyi gözlənilmir.

Rahim İbrahimoğlu