• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4500
— 11.10.2014 15:18

Gəncədə avtoxuliqanlıq edən 7 sürücüyə inzibati həbs verilib

Gəncədə avtoxuliqanlıq edən sürücülərə qarşı ciddi tədbirlər görülür. Təkcə son bir həftə ərzində 7 sürücü avtoxuliqanlıq etdiyinə görə inzibati qaydada  həbs edilib.

Gün ərzində şəhərin müxtəlif küçə və prospektlərində avtoşluq edərək özlərinin və digərlərinin həyatlarını təhlükə altına atan sürcülərə qarşı Gəncə şəhər DYP əməkdaşları tərəfindən  sərt  tədbirlər görülür.  İdarənin  əməkdaşları son bir həftə ərzində bu kimi hallara yol verən onlarla sürücü saxlayıb ki, həmin sürücülərin də bir neçəsi 3 gündən 20 günədək müddətə həbs olunub.  

Rəhim Zalov- Gəncə şəhər DYP idarəsinin rəisi: “Son həftə ərzində Gəncə şəhərinin inzibati ərazisində  7 nəfər avtoxuliqanlıq hərəkətləri edən sürücülər dövlət yol polisi əməkdaşları tərəfindən müəyyən edilərək adiyyatı üzrə tədbirlər görülməsi üçün rayon məhkəmələrinə göndərilmişdir. Hər bir sürücü barəsində müxtəlif müddətlərə sürücülük hüququndan məhrum olunaraq, inzibati həbs verilmişdir”.

İdarədən bildirilib ki, bundan sonra da mütamadi olaraq avtoxuliqanlıq edərək insanların rahatlığını pozan, etdikləri hərəkətlərlə yollarda digər sürücülərə təhlükə yaradan, özbaşınalıq edən sürücülərə qarşı DYP tərəfindən ən sərt tədbirlər  görüləcək.