• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1846
— 15.03.2016 16:30

Tovuzda 2 mindən çox işaxtaran rayon məşğulluq mərkəzinə müraciət edib

Bölgədə kənd təsərrüfatı ilə yanaşı digər sahələrdə çalışmaq istəyənlərin iş tapması üçün məşğulluq mərkəzlərinə müraciətlərin sayı artmaqdadır. Müxtəlif illərdə paytaxta, digər rayonlara işləmək üçün gedənlər artıq öz rayonlarında müvafiq işlə təmin olunmağa çalışırlar. Tovuzda 2016-cı ilin arxada qalan dövründə 2 mindən çox işaxtaran rayon məşğulluq mərkəzinə müraciət edib. Onlardan 600-dən çoxu müvafiq iş yerləri ilə təmin olunub. Mərkəzə yüksək əmək haqqı ilə vakant yerlər təqdim edənlər əsasən "Socar", Meliorasiya və Su Təsərrüfatı idarələri və digər özəl müəssisələrdir. Hansı ki, göndərişlərin böyük hissəsi belə şirkətlərə ünvanlanıb. Bu il ötən illərə nisbətən işsizlik müavinəti alanların sayı da artıb. Rayonda yaxın vaxtlarda xalçaçılıq sexinin, süd emalı, konserv zavodlarının işə düşməsi nəticəsində yeni iş yerlərinin açılacağı gözlənilir.  

Bəhram Pənahov- Tovuz rayon Məşğulluq Mərkəzinin direktoru: “Gözlənilən iş yerlərimizdə sürücü peşələri əsasən qaz xəttinin çəkilişi ilə əlaqədar gözləyirik. Qazax-Gəncə arası dördcərgəli yol çəkilişi gözlənilir və digər gözlənilən işlərimiz var. Müraciət edənlərə mütəmadi olaraq işə göndəriş verilir və əksəriyyəti işlə təmin olunur”.

Rahim İbrahimoğlu