• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2560
— 14.03.2016 16:08

Novruz bayramı günlərində sərnişinlərin gediş-gəlişində çətinlik yaşanmayacaq

Novruz bayramı ilə əlaqədar olaraq sərnişindaşıma xidməti göstərən qurumlar martın 15-dən etibarən gücləndirilən iş rejimində fəaliyyət göstərəcək. Bu məqsədlə Gəncə Dəmiryol Vağzalında paytaxta, eləcə də beynəlxalq istiqamətdə hərəkət edən qatarlara sərnişin sayı nəzərdə tutulandan çox olarsa əlavə vaqonlar qoşulacaq. Hazırda isə dəmiryol vağzalında işlər gündəlik qrafik üzrə həyata keçirilir. Analoji hazırlıq  tədbirləri Gəncə avtovağzalında da görülür. Gün ərzində respublikanın 30 şəhər və rayonuna sərnişin daşınması həyata keçirilən avtovağzalda, bayram ərəfəsi və bayram günlərində sərnişin sıxlığı nəzərə alnaraq rezerv nəqliyyat vasitələri saxlanılır. Ehtiyac yaranarsa həmin avtobuslar da xəttə buraxılacaq.

Namiq Həsənov- Gəncə Avtovağzalının rəisi: “Hal-hazırda bizdə sərnişin sıxlığı müşahidə olunmur. Sərnişinlərin daşınmasında heç bir problem yoxdur. Ancaq buna baxmayaraq qarşıdan gələn bayrama biz tam hazırıq. Əlavə maşınlarımız var. Əgər sərnişin sıxlığı müşahidə olunarsa, 10 ədəd avtobusumuz reyslərə buraxılması üçün tam hazırdır”.   

Gülnar Fazilqızı