• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2546
— 14.03.2016 15:58

Gəncədə “Ədəbiyyat biliciləri" müsabiqəsi sona çatıb

Gəncədə  ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi ilə bağlı keçirilən “Ədəbiyyat biliciləri" müsabiqəsinə yekun vurulub. Təhsil nazirinin əmri ilə keçirilən müsabiqəyə noyabr ayından başlanılıb və şəhərin 46 orta ümümtəhsil məktəblərindən 172 şagird iştirak edib. Şəhərin 8 - 11-ci sinif şagirdlərinin qatıldığı müsabiqə 2 mərhələdən ibarət keçirilib. Birinci mərhələdə  şagirdlər oxuduqları 10 bədii əsərdən 1-ni seçib təhlil edib. Daha sonra isə şəhər Təhsil İdarəsi tərəfindən təyin olunan münsiflər heyəti tərəfindən şifahi müsabiqəyə qatılıb. Müsabiqədə 6 nəfər yer tutub ki, onlardan 4-ü birinci yerə, digər iki nəfər isə 2 və 3-cü yerlərə layiq görülüb. Birinci yeri tutanlardan 1 nəfər  aprel ayında paytaxt Bakı şəhərində keçiriləcək Respublika müsabiqəsində iştirak hüququ qazanıb. Qaliblərə fəxri fərman və xatirə hədiyyələri təqdim edilib.

Söhrab Hacıyev- Gəncə şəhər Metodik Mərkəzinin direktoru: “Gəncə şəhər Mərkəzi Kitabxana ilə əlaqə yaradılıb. Ümümtəhsil məktəblərində çatışmayan bədii kitablarla təmin edilir”.

Gülnara Allahverdiyeva- qalib: “Tom dayının daxması əsərini yazmışdım. Mənim üçün o qədər də çətin olmadı, çünki bu əsəri yaxşı bilirdim. Bu əsəri oxuyarkən çox xoşuma gəlmişdi”.

Həcər Hüseynova- qalib: “Əsəri təhlil elədim, yüksək nailiyyət qazandım, buna görə də çox şadam. Əslində bu əsəri təhlil etmək çox da çətin olmadı, çünki burada biz əsər haqqında ilkin fikirlərimizi bildirirdik. Ona görə də bu əsər məndə həm xoş duyğular oyatdı, həm də çətinlik törətmədi”. 

Elnur Vahidoğlu