• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3504
— 14.03.2016 14:54

Goranboyun elektrik təsərrüfatı yenilənir

Goranboyda əhalini fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün işlərə başlanılıb. Bu məqsədlə rayon mərkəzində və kəndlərdə sovet dönəmindən qalan şəbəkənin ləğvi, eləcə də yeni şəbəkənin qurulması həyata keçirilir.

2016-cı ilin cari dövrü ərzində “Azərişıq” ASC-nin sifarişi əsasında Goranboy rayonunda 17 ədəd yeni transformator məntəqəsi quraşdırılıb,15 min metr sahədə sip kabel çəkilib. Bundan başqa, kəndlərə elektrik enerjisi daşıyan xətləri saxlayan və istismar müddətini başa vuran 1000-ə yaxın dayaq yeni metal dayaqlarla əvəz edilib. Dəliməmmədli şəhərini və ətraf 26 kəndi normal elektrik enerjisi ilə bərpa etmək üçün ərazidə 110 -35 -10 kilovatlıq yarımstansiyanın tikilməsi üçün smeta sənədlərinin hazırlanması işləri aparılır. Goranboy Elektrik Şəbəkəsində enerji itkisinin və oğurluğunun qarşısını almaq üçün sayğacların quraşdırılması da həyata keçirilir.

Anar Hüseynov- Goranboy Elektrik Şəbəkəsinin baş mühəndisi: "“Azərişıq” yaranandan bəri, 7 min abonent müasir tipli sayğaclarla təmin edilib. Bu işlər tərəfimizdən davam etdirilir. İlk növbədə, enerji itkilərinin qarşısını almaq üçün, zədələnmış sayğaclar dəyişdirilir. Bununla yanaşı, büdcə təşkilatlarında smartkart tipli sayğacların quraşdırılması da başlanılıb. Bu günə qədər 300-ə qədər sayğac təhvil verilib".

Şəbəkə aqrar rayon olan Goranboyda suvarılmada genis istifadə olunan 780 meliorasiya qurğularını və bir neçə nasos stansiyasını elektrik enerjisi ilə də təmin edir. Qeyd edək ki, Goranboyda və ümumilikdə 89 kənddə 29 mindən artıq abonent var.

Xaliq Qurbanlı