• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2503
— 14.03.2016 15:44

Samuxda iki Dövlət Komitəsi rəhbərinin sakinlərlə görüşü keçirilib

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aid səsləndirilən müraciətlər dinlənilib.

Samuxda Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu rayonla yanaşı Gəncə və Mingəçevir şəhərləri, Goranboy, Yevlax, Göygöl, Daşkəsən, Kəlbəcər və Xocalı rayonlarının sakinlərini qəbul edib. Məşğulluq, sağlamlıq, dərman preparatları ilə təminat, qadın zorakılığı, biznes fəaliyyəti və səsləndirilən digər müraciətlərin bir çoxu yerindəcə həll olunub.

Qəbuldan sonra Hicran Hüseynova YAP Samux rayon təşkilatı qadınlar şurasının üzvləri ilə görüşüb. Cəmiyyətdə qadınların fəallığının artmasının təqdirəlayiq hal kimi qarşılandığı görüşdə, Samuxun potensial imkanlarından daha səmərəli istifadə etməyin yolları müzakirə olunub.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova isə mülkiyyət hüquqlarının tənzimlənməsi, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, özəlləşmə, icarə və digər sahələrlə bağlı müraciətlər edilib. Samuxla yanaşı, Gəncə şəhərinin, Göygöl və Daşkəsən rayonlarının sakinləri pay torpaqlarına və kənd təsərrüfatı təyinatlı torpaqlara çıxarış almaq istədiklərini də ifadə ediblər. Qəbulda komitənin struktur və qurum rəhbərlərinə vətəndaş münasibətlərinə həsas yanaşılması, qanunvericiliyə əsasən həll edilməsi, göstərilən xidmətlərdə operativlik və şəffaflığın təmin olunması barədə tapşırıqlar verilib.

Bu gün Samuxda baş tutan qəbullarda 120-dən artıq vətəndaşın müraciətləri dinlənilib.

Ruhəngiz Hacızadə