• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3399
— 14.03.2016 14:12

Gəncədə dövlət qulluqçuları uğurlu karyeranı şərtləndirən vacib amillər barədə məlumatlandırılıblar

"Komandanın qurulması və motivasiya", "Münaqişələrin idarə edilməsi və danışıqların aparılması bacarıqları" -  Gəncədə baş tutan təlimin əsas mövzuları bunlardır. Təlim "Avropa İttifaqı məsələləri diqqətdə saxlanılmaqla dövlət qulluğunda təlim potensialının gücləndirilməsinə dəstək" layihəsi çərçivəsində keçirilir. Prezident yanında Dövlət qulluğu məsələləri üzrə Komissiya və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən birgə həyata keçirilən təlimdə dövlət qulluğunda çalışan bir qrup şəxs uğurlu karyeranı şərtləndirən vacib amillər barədə ətraflı məlumatlandırılıblar. Təlim martın 18-dək davam edəcək.

Elvin Əliyev- Dövlət Qulluğu Məsələləri üzrə Hüquq şöbəsinin müdir müavini: "Bu təlim yerli bölmələrdə qulluq keçən dövlət qulluqçularının təlim bacarıqlarını inkişaf etdirmək məqsədilə həyata keçirilir. Silsilə şəkildə davam edir. Hazırda Qubada da bu təlim davam edir".

Zülfiyyə Telmanqızı