• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2175
— 12.03.2016 11:56

Göygöl rayonuna 600 tondan artıq mineral gübrə gətirilib

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Göygöl rayon filialı tərəfindən yazlıq əkin sahələrinə səpilməsi üçün rayona müxtəlif adda 600 tondan artıq mineral gübrə gətirilib. Bunun 530 tonu azot, 70 tonu amofos, 10 tonu isə fosfat gübrəsidir. Artıq 120 ton azot, 20 tondan artıq amofos gübrəsi güzəştli şərtlərlə sahibkarlara satılıb. Əkin sahələrində alaq otlarına qarşı mübarizə məqsədi ilə filial tərəfindən həmçinin elpislərin gətirilməsi də sifariş olunub. Ümumilikdə isə rayona gətirilən gübrə yazlıq əkin üçün yetərli hesab edilir. Ötən il Aqrolizinq Açıq Səhmdar Cəmiyyətinin Göygöl rayon filialı tərəfindən sahibkarlara güzəştli şərtlərlə 300 ton azot, 130 ton amofos gübrəsi satılıb. Rayonda əkinə yararlı 12 min hektar torpaq sahəsi var ki, bunun da hər il orta hesabla 8 min hektarına taxıl, yerdə qalanına isə yemlik bitkilər əkilir.

Altay Ələkbərov- “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Göygöl rayon filialının sədri: “Göygöl filialının ambarlarında 2016-cı ildə fermerlərə satılması üçün gübrələr tədarük olunub. Yanvarın 1-dən gübrə satışına start verilib. Bildiyiniz kimi, gübrələr fermerlərə 70 faizlik güzəştlə satılır. Qeyd edim ki, fermerlər istədikləri qədər gübrə əldə edə bilərlər. Bunun üçün anbarımızda yetərli qədər gübrə var”.  

 

Ruhəngiz Hacızadə