• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1581
— 11.10.2014 11:28

Məşhur fransız futbolçu Tyerri Anri karyerasını yenidən ölkəsində davam etdirə bilər

Hazırda ABŞ-ın "Nyu-York Red Bullz" klubunda çıxış edən 37 yaşlı hücumçu ilə PSJ və "Monako" yaxından maraqlanır. Qeyd edək ki, Anrinin hazırkı klubu ilə müqaviləsinin müddəti 2014-cü ilin sonuna kimidir. Yəni yanvardan etibarən təcrübəli forvard azad agent statusu daşıyacaq. Anri əvvəllər "Monako", "Yuventus", "Arsenal" və "Barselona" kimi nəhəng komandaların da formasını geyinib.