• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1581
— 11.10.2014 11:23

Növbəti mövsümdən etibarən UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasında dəyişiklik ediləcək

Bu barədə Avropanın futbol qurumunun baş katibi Canni İnfantino məlumat verib. Yeni mövsümdən I səbətdə yer alacaq 8 komandadan 7-si UEFA-nın reytinqində ilk 7 pillədə qərarlaşan ölkələrin çempionları olacaq. Bundan əlavə, ÇL-in son qalibi də həmin səbətdə yer alacaq. Halbuki daha öncə I səbətdə yüksək reytinqə malik komandalar qərarlaşırdılar. Yəni klubların son mövsümdə daxili çempionatda imza atdığı nəticə deyil, onun UEFA-dakı mövqeyi nəzərə alınırdı.